“Azərkosmos”a müvəqqəti rəhbərlik ona həvalə edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.
XALQ.AZ xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.