Azerlotoreyanın gizlin fəaliyyti

4

 

6/40 lotereyasında 409 min manat uduşun tirajı günü biletlər satış məntəqələrindən yığışdırılıb

Son illər Azərbaycanda populyar olan müxtəlif adlı lotoreyalarda böyük məbləğdə pul udmaq istəyənlərin sayı xeyli artıb. Eyni vəziyyət Topaz adlı futbol proqnozlarında da müşahidə olunur. Xalq.az  xəbər verir ki, «Azərlotereya»nın keçirdiyi 6/40 adlı lotereya oyunu da bu qəbildən olandır.

Lakin işin əsas tərəfi odur ki, sözügedən qurum bir sıra hallarda, xüsusən də böyük məbləğdə pul uduşları olduqda fırıldağa əl atır. Belə ki, 6/40 lotereyasının təşkilatçıları əvvəlcə öz biletlərini kütləvi şəkildə satışa çıxararaq, «Cek Pot»un məbləğini artırırlar. Bununla əhalini şirnikləndirib, onları daha çox pul xərcləməyə cəlb edirlər. Ardından isə böyük məbləğdə pul yığıldıqdan sonra qəribə bir vasitəyə əl atırlar.

Məsələn, 6/40 lotereyası 24 iyunda keçirdiyi tirajında «Cek Pot»un 409295 manat olduğunu açıqlayıb. Rəsmi açıqlmaya görə, udan biletin seriyası 113129-dur. Hərçənd udan şəxsin adı məlum deyil. Hətta məlum olsa belə, onun başqa adamın adıyla açıqlanacağı istisna deyil.

Xalq.azXxəbər verir ki, böyük məbləğdə pulun uduş tirajı zamanı isə biletləri satışdan yığışdırıb. Bu bərədə apardığımız araşdırmalar zamanı məlum olub ki, 24 iyun tirajı oynanılan gün ümumiyyətlə, 6/40 lotereyaları satışa burxılmayıb. Dəqiqləşdirmə aparmaq üçün əməkdaşlarımız Elmlər Akademiyası metrosundan tutmuş, Əhmədliyə qədər bütün köşklərə bununla bağlı baş vursaq da, heç birində 6/40 lotereyası tapa bilməyiblər.

Maraqlıdır ki, 6/40 lotereyası hər gün oynanılır. Amma «Cek Pot» böyüdükdə, uduşa hiylə qatılır ki, həmin məbləğ başqalarının əlinə keçməsin. Çünki anloji vəziyyət digər loereya oyunlarında da müşahidə olunub və zaman içində məlum olub ki, «Azərlotereya» özü bu işlərdə maraqlıdır.

Xatırladaq ki, «Azərlotereya» ölkədə 5/36, «Binqo», «Klassik Loto» və «Super Loto» adlı oyunlar da keçirir. Böyük ehtimalla həmin lotereyalarda da eyni taktikadan yararlanılır.