“Azerspace-1“ bu il 15 milyon gəlir əldə edəcək

 

56

Xalq.az  xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, ötən il bu göstərici 10 milyon dollar olub. Bu il ilk peyk proqramı üzrə kreditləri ödəmək üçün Maliyyə Nazirliyinin ayırdığı vəsaitlərdən istifadə olunacaq və 2015-ci ildə peyk gəlir gətirəcək.

“Azerspace-1” və digər peyklərdən yayımı həyata keçirilən ümumrespublika, regional və xarici televiziya kanallarının, həmçinin səs və datanın peyklərə ötürülməsini təmin etmək məqsədilə İdarəetmə Mərkəzinin ərazisində Yayım Mərkəzinin qurulması üzrə işlər aparılır. Bu məqsədlə müvafiq avadanlıq gətirilərək quraşdırılıb. Yayım Mərkəzinin 2014-cü ilin ikinci rübündə tam quraşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.