“Azersun”un “Al Market”i badamlı əvəzi nə satır?

Bakının Əhmədli qəsəbəsindəki “Al Market”də müştəriyə su adına spirt satıblar.

XALQ.AZ məlumat verir ki, bu barədə şikayətçi Nərmin Adil öz Facebook səhifəsində paylaşım edib.

Nərminin sözlərinə görə, onun aldığı “badamlı” suyu su yox, spirt çıxıb. Sudan bir qurtum içdikdən sonra dərhal xəstəxanaya müraciət edib.

“Polislə birlikdə bazara qayıtdıq və oradan məni artıq 1 saylı Kliniki Mərkəzin (Semaşko Xəstəxanası) toksikologiya şöbəsinə apardılar. Qan analizi verdikdən sonra qanda metil spirtinin olduğunu öyrəndik. Eyni zamanda, market rəhbərliyi mənimlə əlaqə qurmağa belə cəhd göstərmədi və baş verənlərə vecsiz yanaşdı. Baxmayaraq ki, onların günahı üzündən 8 aylıq körpəmi evdə qoyub xəstəxanada yatdım. Polisə ərizə yazdım və indi başqa insanları xəbərdar etmək üçün burda yazıram ki, bu bir daha təkrarlanmasın ”

Qeyd edək ki, Azərsun Holdinqin nəznində “Al Market” və Bazarsotore ərzaq mağazalar şəbəkəsi fəaliyyət göstərir.