“Azpetrol” yanacaqdoldurma məntəqəsinə basqın oldu

Azpetrol

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edilib. Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın Qazax şəhərinin ərazisində yerləşən, “Azpetrol LTD” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə edilib.

Belə ki, yanacaqdoldurma məntəqəsinə “Volkswagen” markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manatını alıb.

Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.