“AzSığorta” növbəti dəfə vətəndaşı aldadır-Şikayət

“AzSığorta” növbəti dəfə müştərini aldadır.

Azsığorta “Hər addımınızda Sizinlə” çağırışı sadəcə yazı və reklam üçün istifadə olunur, əslində isə belə deyil. XALQ.AZ-a müraciət edən Bakı sakini Mirzəyev R.  bildirir ki,  11 sentyabrda Salyan şössesində (Lökbatan dairəsi) qəza baş verib.  Dövlət Yol polis əməkdaşları və həmçinin sığorta mütəxəssisləri  hadisə yerində olublar və qərarlar qəbul edilib.Qarşı tərəf gunahkar olduğu üçün mənim avtomobilimə dəymiş ziyan “Azsığorta” tərəfindən ödənilməsi bildirildi. Qaradağ rayonu  DYP-nin rəyinə əsasən mənim avtomobilimə dəymiş ziyan” AzSığorta” tərəfindən  ödənilməlidir və yaxud onların əməkdaşlıq etdiyi avtomobil təmiri müəssəsində düzəlməlidir.   Avtomobil özüm təmir etdirmişəm bunula bağlı  Azsığorta məlumat vermişəm lakin bu günə qədər mütəxəssisilərin qiymətləndirdiyi  180 manatı AzSığorta hesabıma köçürtmür. Nə qədər müracitə etsəmdə şikayətlərimi dinləyən yoxdur*6565 nömrəsinə dəfələrlə zəng etsəmdə heç bir nəticəsi yoxdur.   Azsığorta  dövlətin tətbiq etdiyi qanuları heçə sayaraq öz qanunları ilə fəaliyyət göstərirlər. Məlumat üçün bildirirəm ki DYP onlara göndərilən  forma 4 sənədi 3 oktyabrda daxil olub lakin dəfələrlə zəng etsəm ofisə getsəm sənədin gəlmədiyini bildirirdilər. Oktyabrın 26-da nəhayət sənəd tapıldı və muhasibatlığa verildi ki dəymiş ziyan ödənilsin lakin oktaybrın 29-dan bu günə qədər ödəniş olunmayıb. Banka müraciət etdikdə  bildirilər ki , hesabınıza pul ödəniş köçməyib Azsığorta müraciət edirəm bildirirlər ki, bu gün və yaxud sabah  köçürüləcək, s və hər gün bir yalan uydururlar. Rəhbərliyə şikayət etmək istəsəkdə imkan vermirlər. Ölkədə tətbiq olunan qanunlar özəl şirkətlər tərəfindən qəbul olunmur. Belə olan halda kim bu sığorta şirkətinə lisenziya verib. Niyə davamlı olaraq sosial şəbəklərdə və ictimayyət arasında sıorta şirkətlərindən əziyyət çəkənlər artır Bu suallar isə cavabsız qalır. Araşdırmalarımız davam edir.

 

//XALQ.AZ