AZTV-də Bədii Şuranın növbəti iclası keçirilib

Dövlət başçısının tapşırığına əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şura fəaliyyətini uğurla davam etdirir.XALQ.AZ xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılardan ibarət şuranın növbəti iclası keçirilib.
Bədii Şura ayda 2 dəfə toplanaraq Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman-Azərbaycan” kanallarında yayımlanan veriliş və proqramları müzakirə edir. Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlifmövzulu proqramların bədii tərtibatı, aparıcıların danışıq, davranış və geyim tərzi ilə bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır. Budəfəki yığıncaqda Azərbaycan Radiosunun efir strukturu, burda hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıldı.
Nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlifmövzulu proqramların mövzu və məzmun baxımdan tamlığı əsas şərt kimi səsləndirildi. Bildirildi ki, Bədii Şura üzvlərinin bölgələrə səfərləri və yerlərdə tamaşaçılarla görüşləri davamlı xarakter alacaq.