AzTV-dən daha bir yenilik

XALQ.AZ xəbər verir ki, AzTV-nin “Xəbərlər” proqramının studiyası yenidən qurulur.
“Azərbaycan Televiziya və Radio Verilişləri”QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən fevralın 4-dən etibarən “Xəbərlər” proqramı müvəqqəti studiyadan efirə çıxır.

“Çox tezliklə müasir görünüşlü studiyadan efirə çıxması gözlənilən “Xəbərlər” tamaşaçılara yeni formatda təqdim olunacaq”.

Orxan