AzTV-nin aparıcısına nazirlikdə VƏZİFƏ VERİLDİ

modern.az 116434435 741420663283483 8321061560506042371 n 42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub.

XALQ.AZ-ın məlumatına görə, Rəşad Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.