AzTV-nin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi

AzTV-nin yeni sədri Rövşən Məmmədli bir neçə kadr dəyişikliyi həyata keçirib.
XALQ.AZ  xəbər verir ki, sədr bu dəfə “Ədəbi-dram verilişləri” baş redaksiyasının rəhbərini dəyişib. Tanınmış jurnalist və yazıçı Azər Qismət sözügedən redaksiyaya baş redaktor təyin edilib.
A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə “Telefilm” yaradıcılıq birliyinə baş redaktor göndərilib.
Qeyd edək ki, Azər Qismət “İç xəbər” verilişinin aparıcısı kimi tanınıb və bir müddət ANS-də baş redaktor olub.
Hekayə, novella və romanlar müəllifidir.
AzTV-nin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi
Orxan