AZTV-yə müsahibə verən koronavirus xəstəsi vəfat etdi – VİDEO

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

XALQ.AZ-ın məlumatına görə, onlardan biri Hacı İlham Şükür oğlu Əsgərovdur. İ.Əsgərov bir neçə gün öncə AZTV-yə müsahibəsində səhhətində müsbətə doğru dəyişikliyin olduğu ilə bağlı məlumat verib. İlham Əsgərov 1961-ci il sentyabrın 5-də anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Cəlilabad rayonunun Alar kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Müntəzəm olaraq mətbuatda şeir və hekayələrlə çıxış edirdi, ədəbi proses haqqında tənqidi məqalələr yazırdı. 

İlham Əsgərov publisistik yazılarında həmişə cəmiyyəti düşündürən ciddi problemləri qaldırırdı.

XALQ.AZ