AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı

Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək  AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi.

O, daha əvvəllər “Lider” TV-də çalışıb.

R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.

 

Orxan