Bəxtiyar Əliyev qəbul keçirib

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçiciləri ilə növbəti qəbul keçirib.

XALQ.AZ  xəbər verir ki, görüşdə B.Əliyev seçiciləri maraqlandıran məsələləri dinləyib, onların sosial və digər məsələlərlə bağlı problemləri ilə ətraflı maraqlanıb.

Qəbul zamanı seçicilər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib və onların bəziləri yerindəcə həll edilib. Eyni zamanda seçicilərin ərizələri müvafiq qurumlar qarşısında məsələ qaldırılması üçün qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verilib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı göstərir. İşgüzar şəraitdə keçən görüşdə bir daha vurğulanıb ki, məcburi köçkünlər Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir və onunla birlikdədirlər.

 

Orxan


Comments are closed.