“Bəzi gənclər intellektual olmasına baxmayaraq özünü xoşbəxt hiss etmir”

“Gənclərin dialoqa olan yaxınlığı bizi sülhə gətirəcək”

“Təhsil sadəcə bilik və məlumatları mənimsəməklə bitmir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə müzakirə” adli plenar sessiyada çıxışı zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

L. Əliyeva çıxışı zamanı elmi təhsillə yanaşı mənəvi təhsilin də öyrənilməsinin vacibliyini vurğulayıb.

“Gənclərin dialoqa olan yaxınlığı bizi sülhə gətirəcək. Gənclər bunlarla yanaşı ekologiyamız və ətraf-mühitin qorunmasında iştirak edirlər. Onların innovasiyaları bizim planetimizi tamamilə dəyişə bilər. Buna görə də fikrimcə, onların üzərinə çox yük qoyulmamalıdır. Bu gün bəzi gənclər intellektual olmasına baxmayaraq özünü xoşbəxt hiss etmir. Buna görə də gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq. Təəssüflər olsun ki, bu gün 617 milyona yaxın gənc riyazi biliklərə yiyələnə bilmir. Hər sonrakı nəsil daha bilikli və bacarıqlı olur. Bu tarixin təbii təkamülüdür”.

L.Əliyeva sözlərinə belə davam edib:

“Əziz dostlar, maddi dünya vacib deyil. Əsas olan uşaqlara təmənnasız dəstək olmaqdır. Mən hamınıza bunu arzu edirəm”.

image description

 

Orxan