Bələdiyyə sədri cəzalandırıldı

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib.
Verilən məlumata görə, iyunun 18-də paytaxtın Suraxanı rayonu ərazisində reyd keçirilib. Reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmişdir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Yeganə