Bərbərxana və gözəllik salonları işləyəcək?

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək.

XALQ.AZ onları təqdim edir:

– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

– ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

– muzey və sərgi zallarının fəaliyyəti;

– bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

–  təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

– açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.