Bərdədə ağır qəza: 1 ölü, 3 yaralı

40

 

Bərdə-Yevlax yolunun Bərdə ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Belə ki, Asəf Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb. İdarəetməni itirən sürücü Yevlax istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində sürücü Asəf Quliyev dünyasını dəyişib. “VAZ-2106” markalı avtomobilin sürücüsü və 2 sərnişini ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.