Bərdədə kütləvi zəhərlənmə

62

 

Bərdə rayonunda kütləvi zəhərlənmə olub. Dünən rayonun Kələntərli kənd sakinləri, azyaşlılar Ayşən Vəliyeva, Ömər Vəliyev, Ruhin Vəliyev, Yusif Vəlizadə, İbrahim Vəliyev, Zəhra Vəliyeva və Saleh Vəliyev qidadan (tort və lobyadan) zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Uşaqlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.