Bəstəkar Miri Yusifi ələ saldı

Müğənni-bəstəkar Murad Arif Miri Yusifin “Günəşim” mahnısını tənqid edib.

XALQ,AZ xəbər verir ki, sənətçi “ATV maqazin onlarla”da onun ifasını “Əmrahsayağı” adlandırıb:

“Azərbaycan müğənniləri üçün Miri Yusifi tərifləmək prestijdir. Onlar Mirini bəyənərək müasir görünmək istəyirlər. Mənim belə bir kompleksim yoxdur. Mirini belə görməmişəm. Onun mahnısında “Əmrahsayağı” boğazlar gördüm. Bu havalar gəldi ondan. Heç gərək bu mahnını çıxartmayaydı”.

 

Elgün