Bəxtiyar Əsgərov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

XALQ.AZ  xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dr.Volfqanq Maniqlə görüşüb. Görüşdə iki ölkə arasındakı mövcud siyasi-iqtisadi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə qurulmuş əlaqələrin inkişafı, muxtar respublika ilə iqtisadi sahədə yeni əməkdaşlıq layihələri, qarşılıqlı rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Almaniyanın ölkəmizdəki səfirliyinin 1-ci Katibi Andreas Holt da iştirak edib.

 

Orxan