Bəyi qətlə yetirdiyini etiraf edən gəlin həbs olundu

7

Yüz minlərlə tamaşaçının hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi, beş həftədir ki, rəsmi reytinq göstəricilərində izlənmə sayına görə birinci olan “Toy gecəsi” bədii televiziya serialının 6-cı seriyasında da bir çox maraqlı hadisələr baş verir.

Belə ki, nəhayət Zərifə və Aygün Cəlillə görüşmək imkanı əldə edirlər. Bu xəbəri eşidən Aslan çıxılmaz vəziyyətə düşür. Artıq onun riyakarlığının və yalanlarının üstü açılmaq üzrədir. Həyatı və çirkin niyyətləri tükdən asılı olan Aslan özünü xilas etmək üçün fəaliyyətə keçir. Digər tərəfdən, Toğruldan hamilə olan Zülfiyyə iş axtarmaqda davam edir. Kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibi ona son dəfə vaxt verir. Zülfiyyə iş tapa bilmir və… çıxış yolunu intihar etməkdə görür. Komadan ayılan Səbinə müstəntiqə ifadə verir. O, ifadəsində Cavidi ələ verməyərək toy gecəsi Toğrulu özü qətlə yetirdiyini etiraf edir. Polislər Səbinəni təcridxanaya aparmaq üçün xəstəxananın qarşısında maşına mindirərkən Cavid onlara yaxınlaşır. Və…

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu axşam saat 19.00-da ATV kanalında “Toy gecəsi” bədii televiziya serialının 6-cı bölümünü izləməyi unutmayın.