“Bağışlamaq zəiflik deyil, güclülükdür”

Qənirə Paşayeva: “Prezidentin bağışlamaq əzmi cəmiyətdə müsbət ab-havanı artırır”

“Prezidentimiz İlham Əliyevə imzaladığı əfv Sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyini bir daha göstərdi. Bu sərəncama başqa cür yanaşma ortaya qoyanlar isə təəssüf ki, bağışlamağın zəiflik deyil, güclülük olduğunu anlamırlar”.

XALQ.AZ  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev güclü bir liderdir, əsl dövlət adamıdır. Onun bağışlamaq əzmi cəmiyətdə müsbət ab-havanı artırır:

“İlham Əliyev bunu kimlərinsə, haralarınsa təzyiqi ilə deyil, məhz özü istədiyi üçün edir. Çünki millətini sevir. Cəmiyyətimiz də bu sərəncamı çox yüksək qiymətləndirir. Bunu dəyərləndirməyənləri və ya yanlış dəyərləndirənləri isə əziz xalqımız çox yaxşı tanıyır. Özlərinin də keçmişlərinə baxmaq kifayətdir ki, kim olduqlarını bilsinlər.

Növbəti humanist addımınızla bir daha gözəl örnək olduğunuz üçün təşəkkürlər, cənab Prezident!”.

 

 

Orxan