Bağlanan banklardakı əmanətlərin qaytarılma vaxtı açıqlandı

“Bağlanan banklarda olan əmanətçilər narahat olmasınlar. Cari ayın sonuna, maksimum iyunun 1-dək proses tam yekunlaşacaq və onların əmanətlərinin geri qaytarılması təmin olunacaq”.

XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov deyib ki, qanunvericilikə nəzərdə tutulan müddət 3 aydır:

“Amma biz çalışacağıq ki, vətəndaşlar üçün problem olmasın və maksimum tez bir zamanda onların vəsaitlərini özlərinə qaytaraq”.