Bağlı mənzildən kişi meyiti tapıldı…

meyid

Bakıda mənzildən kişi meyiti tapılıb.

XALQ.AZ bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.