Bahar Muradova: “Fazil Mustafanın dedikləri yanlışdır”

Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın “Azərbaycan universitetləri yaxşı mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirib

XALQ.AZ xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən B.Muradova F.Mustafının dediklərinin yalnış olduğunu qeyd edib.

Onun sözlərinə görə, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi.

“Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrində  nüfuz sahibi olan şəxslər var. Belə çıxır ki, Azərbaycandan xaricə təhsil almaq üçün gedənlər daha gəlməsinlər, elə orada qalsınlar? Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.

 

 

Orxan