Bahar Muradova: “Paşinyanın baş nazir seçilməsi problemləri aradan qaldırmayıb”

“Ermənistanın baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi. Paşinyanın baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, bu, nə parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi. Onun baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib. Bu da özünü ölkə daxilində gedən proseslərdə qabarıq şəkildə göstərir”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Milli Məclisin sədr müavini qeyd edib ki, siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir: “Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, Paşinyandan narazı qüvvələrin revanş götürmək istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək. Biz Ermənistan tərəfində Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindəyik. Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.