Bahar Muradovadan təhsilin inkişafı üçün təkliflər

“Təhsildə inkişaf üçün təhsil verənlərin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məsələ Təhsil Strategiyasında da əks olunub”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Vitse-spiker bildirib ki, təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı ailənin, cəmiyyətin bu işə cəlb edilməsi mütləqdir:

“Övlad yetişdirən valideynlərin müasirləşməsi, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”.

Milli Məclisdə təhsil, elm sahəsinin inkişafı və bu inkişafa təminat verən qanunların qəbuluna toxunan B.Muradova millət vəkillərinin bu məsələyə son dərəcə həssas yanaşdığını deyib:

“Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu, həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır.

 

Ötən gün parlamentdə 2019-cu ilin büdcə layihəsi müzakirə edildi. Millət vəkillərinin çıxışları bu sahəyə ayrılan maliyyə vəsaitinin artırılmasına səbəb olub. Xüsusən dövlət sifarişi ilə ali təhsil alanların xərcləri artırılıb. Çünki ola bilməz ki, özəl sahədə təhsil alanların sayı dövlət ali məktəblərində təhsil alanlardan çox olsun”.

B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən maddi yardımların qanuniləşdirilməsini təklif edib:

“Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.