Bahçeli Ərdoğanla görüşəcək

“Bu həftə ərzində, uyğun tarixdə görüşməyi düşünürük”

MHP lideri Bahçeli prezident Ərdoğanla bu həftə ərzində görüşəcəklərini deyib.

XALQ.AZ xəbər verir ki, TBMM-də 2019-cu il dövlət büdcəsinin müzakirəsindən sonra Məclisin sədri Binali Yıldırım, prezidentin köməkçisi Fuat Oktay və MHP sədri Devlet Bahçeli bir müddət söhbət edib.

Bundan sonra jurnalistlərin suallarına cavab verən Bahçeli Ərdoğan ilə görüşün vaxtı haqqında “Bu həftə ərzində, uyğun tarixdə görüşməyi düşünürük”, – deyib.

Bahçeli partiyada yaşanan gərginliklə bağlı verilən suala “Belə şeylər ola bilər. Görüşlərə davam edildi”,- deyə cavab verib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.