Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

XALQ.AZ-ın məlumatına görə, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevin, Akif İsgəndərovun, Əli Seyfəliyevin, Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri, həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq, qəbul edilib.