Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü – FOTO

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib.

O qeyd edib ki, N.Məmmədov Astarada müalicə aldığı xəstəxanada vəfat edib.

55 yaşlı N.Məmmədov 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi idi.

XALQ.AZ