Bakı çimərliklərində dənizə girmək qadağan edildi

Bakıda çimərliklərin ziyarətçilərinə dənizə girmək qadağan edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə  paytaxt çimərliklərindən birində istirahət edən vətəndaşlar bildiriblər.

Vətəndaşların dediklərinə görə, son günlərdə dənizdə boğulma hallarının çox olması ilə əlaqədar onları suya girməyə qoymayıblar.

“Şıx” çimərliyində yerləşən mehmanxanadan isə bildirilib ki, suya girməyə qadağa hava şəraiti ilə bağlıdır.