Bakı çimərliyində baba və nəvə ölümlə üz-üzə qaldı –Video

Ötən gün Nardaran çimərliyində batma təhlükəsilə üzləşən iki nəfər xilas edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, dənizdə çimən baba və nəvəsi batmaq təhlükəsi ilə üzləşib.

Bu zaman əraziyə xilasedicilər cəlb olunub. Xilasedicilərin məharəti nəticəsində baba və nəvə xilas edilib.

Xilasedicilər Qeybəli Kərimov, Camal Əsgərov və Taleh Səgərzadə olublar. Xilasedicilər ümumilikdə 6 nəfərin həyatını xilas ediblər.

Orxan