Bakı Dairəvi yolu tam bağlanıb

Yol

Bakı Dairəvi avtomobil yolu tam bağlanıb. Bu barədə məlumatı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib.

Qeyd edək ki, adıçəkilən yolda təmir işləri bir necə gün öncə başlayıb. Təmir işləri başlayanda yolda hərəkət qismən məhdudlaşdırılmışdı. Əvvəl yolun tam bağlanması nəzərdə tutulmamışdı.
Lakin bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. “Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq”.

P.Mürsəliyev sürücülərdən Xocasən-Lökbatan yolundan istifadə etmələrini məsləhət bilib. “Sürücülərin çoxu bildirirlər ki, gedərkən “Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik”.

Sürücülər dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. Bu zaman “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac qalmayacaq.

Qurum rəsmisi hələlik Bakı Dairəvi Yolunun nə zaman açılacağının da bəlli olmadığını bildirib.