Bakı Dövlət Universitetində seminar təşkil edilib

“Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində seminar təşkil edilib

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində seminar təşkil edilmişdir.

Seminarı açan universitetin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Azərbacan Respublikası Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Firudin Qurbanovun salamlarını çatdırmış, layihənin əhəmiyyətindən, gənc alim və tədqatçıların dünyada gedən elmi proseslərin iştirakçılarına çevrilməsi istiqamətində imkalar yaratmasından ətraflı bəhs etmişdir.

Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəmizdə elmin, təhsilin inkişafı və innovasiyaların yaradılması istiqamətində dövlət başçımızın həyata keçirdiyi  islahatlar barədə məlumat verib.

Həmçinin, ölkəmizdə gənclər siyasəti və onun tərkib hissəsi olaraq elmi gəncliyin hazırlığı ilə bağlı mövcud siyasi iradənin nəticəsi kimi əldə olunan uğurlardan, gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, dövlətin bu istiqamətdə islahatlarına dəstək olaraq rəhbərlik etdiyi cəmiyyət uğurlu fəaliyyəti ilə hər zaman gənc alimlərin inkişafına yardım etmişdir. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə bu qəbildən olan və gənc alimlər üçün yeni, müasir və geniş imkanlar yaradan beynəlxalq bir təcrübənin ölkəmizə gətirilməsinə hədəflənmişdir.

Daha sonra layihənin ekspertləri fəlsəfə doktorları Ruslan Rəhimlinin “Open science- elmin inkişafl üçün yeni konsepsiyalar”,  Rahil Nəcəfovun “İndeksli elmi jurnallara cıxış imkanlarını necə əldə etmək”, Sevinc Ədilovanın “Açıq tədqiqat  materialları” mövzulaında təqdimatları dinlənilib, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar verilib.

 

Orxan