Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

Qurumdan XALQ.AZ-a bildirilib ki, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin olunub.

Belə ki, yanvarın 5-i və 6-da əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək qatar saat 19:45-də paytaxtda olacaq.

Saat 08:45-dəki Bakı-Gəncə və saat 17:00-dakı Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.

XALQ.AZ