Bakı-Gəncə qatarında gediş haqqı ucuzlaşdı

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı aprelin 4-dən etibarən ucuzlaşır.

XALQ.AZ xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirovanın sözlərinə görə, biznes yerlərində gedişhaqqı 50 manatdan 25 manata endirilir.

Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.

 

Orxan