Bakı ilə bu şəhər arasında uçuşların sayı artacaq

Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.

XALQ.AZ xəbər verir ki, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları “İrAero” aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə “Nordwind Airlines” aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.

Bildirilir ki, “İrAero” uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək.

“Nordwind Airlines” şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.

 

Elgün