Bakı – Lvov təyyarəsi havaya qalxa bilmədi

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Eyrveys” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

Report-un məlumatına görə, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.