Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək – VİDEOÇARXI

Bakı Media Mərkəzi bu dəfə polislərimizə həsr olunan videoçarx hazırlayıb. 

XALQ.AZ xəbər verir ki, layihə Mədəniyyət nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə ərsəyə gəlib. 

Görüntülərdə Azərbaycan polislərinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədə olduqlarından bəhs olunur. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır. 

XALQ.AZ