Bakı Media Mərkəzindən coşqu dolu çarx: Yeni ilə hazırlaşan Bakı

Bakı Media Mərkəzi Yeni ili coşqu ilə qarşılamağa hazırlaşan paytaxt Bakıdan xüsusi video-çarx hazırlayıb.

Gözəl paytaxtımız Bakı ənənəvi olaraq yenə bayram libasına bürünüb. Qədim şəhər al-əlvan bəzədilib, küçə və meydanlar işıq selinə qərq olub. İnsanlar bayram əhvalındadır. Bakı 2020-ci ili coşqu ilə qarşılayır. Bakı Media Mərkəzi bu münasibətlə şəhərimizdə foto-çəkilişlər aparıb, xüsusi video-çarx hazırlayıb.

Dəyərli media təmsilçiləri, həmin fotoları və video-çarxı sizə təqdim edirik.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.


XALQ.AZ