Bakı Metropolitendə oğurluq

 

45

Bakı Metropoliteninin ərazisində oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhər sakini Ramin Əsgərov Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının keçidində bir nəfərin ona məxsus ticarət köşkündən pul oğurladığına dair metropolitenin Polis Şöbəsinin əməkdaşlarına müraciət edib. Müraciətə operativ reaksiya verən polislər həmin şəxsi dərhal tutaraq saxlayıblar.

Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini İlqar Əliyevdir. O, köşkdən 52 manat oğurlamaqda ittiham edilir.

Qeyd edək ki, İlqar Əliyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.