Bakı metrosu açıldı – Vaqonlarda belə oturmalısınız! – FOTO

Ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran Bakı Metropoliteni 9 may 2020-ci il saat 06.00-dan etibarən yenidən bərpa edilib.

XALQ.AZ-ın məlumatına görə, Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Bakı metrosu açıldı -Vaqonlarda belə oturmalısınız! (FOTOLAR)
Bakı metrosu açıldı -Vaqonlarda belə oturmalısınız! (FOTOLAR)
Bakı metrosu açıldı -Vaqonlarda belə oturmalısınız! (FOTOLAR)

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Vaqonların oturacağında isə məsafə ilə oturmaq tələb olunur. 

Bakı metrosu açıldı -Vaqonlarda belə oturmalısınız! (FOTOLAR)

XALQ.AZ