Bakı metrosu fəaliyyətini bərpa edir?

metro

“Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir”.

Bu barədə XALQ.AZ-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.