Bakı metrosunda aksiya – Video

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münsibətinə Bakı Metropolitenində aksiya keçirilib.

XALQ,AZ xəbər verir ki, Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob H.Əliyevin “…Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.

 

Elgün