Bakı metrosunda həyacanlı anlar

Bakı metrosunda qatarda texniki problem yaranıb.

XALQ.AZ  xəbər verir ki,  problem saat 10:35 radələrində metronun “Qara Qarayev” stansiyasında qeydə alınıb.

Sərnişinlər qatardan təxliyyə olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, problem Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub:

“Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə köməkçi qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”.

 

Orxan