Bakı metrosunda intihar edən müğənninin -Videosu

Dünən axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu “Ulduz” stansiyasına daxil olarkən özünü qatarın altına atıb.

 

XALQ.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hələ ki, intiharının səbəbi bilinməyən gənc hər zaman sosial aktivliyi ilə seçilib. Bir neçə xarici dil bilən Rəşad “Glamour Center MMC” tur şirkətinin direktorudur. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib.

Sosial şəbəkələrdə də aktiv olan gənc yeni ildə pozitiv paylaşımlar edib və “həyat gözəldir” deyə çağırış edib.

Bundan başqa, bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.