Bakı metrosunda Milli Musiqi Günü

18 sentyabr – Milli Musiqi Günü münasibətlə Bakı Metropolitenin “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub.

XALQ.AZ xəbər verir ki, musiqi proqramı tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu əlamətdar günlə əlaqədar metronun digər stansiyalarında da Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Orxan