Bakı metrosunda tüstülənmə baş verib

Metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.

XALQ.AZ-ın məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.

Məsələ bağlı “Bakı Meteropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Həmin vaxt ventilyator havanı içəri vurarkən, tüstü müşahidə edilib. Buna görə də ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:

“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədar olur”.