Bakı metrosunda “Yaxşı Gədəbəy kartofu var” deyən qadın xəstəymiş

Sosial şəbəkədə yayılan video müzakirələrə səbəb olub. Belə ki, metrodakı sərnişinlərdən biri platformada metro işçiləri üçün nəzərdə tutulan mikrofonu götürərək “Yaxşı Gədəbəy kartofu var” deyə elan verib.

XALQ AZ xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, mikrofonla elan verən qadın ruhi xəstə olub:

“Metro işçisi ona yaxınlaşan kimi qadın aralanıb. Hadisə isə “28 May” stansiyasında iyun ayının 7-si təxminən 22:30 radələrində olub”.

Yeganə