Bakı Nəqliyyat Agentliyinin sədrindən sərnişinlərə ÇAĞIRIŞ

Pandemiaydan əvvəl Bakıda 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1750 avtobus xəttədir.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O qeyd edib ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin daşınıb. Ekspress xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb.

Ekspress atobuslar üçün sürücü ehtiyacı yarandığından müraciət edən 200 sürücüdən 103 nəfəri artıq işlə təmin olunub.

BNA sədri deyib ki, gündəlik olaraq, bütün qarajlar, dayanacaqlar, mübadilə mərkzələrində dezinfeksiya işləri aparılır.

Onun sözlərinə görə, 1 həftə əvvəlki nəqliyyat axını ilə indiki nəqliyyat axınında 10-12 faiz artım müşahidə edilir.

V.Kərimov qeyd edib ki, hər bir nəqliyyat vasitəsinin poçtdan keçmə sürətini hesablasaq, bu kifayət qədər vaxt tələb edir:

“Hər avtobus postlarda 10 dəqiqə gözləyirsə, deməli dayanacaqlarda sərnişinlərin gözləmə vaxtı da artır. Ona görə də xahiş edirik ki, zərurət olmadan vətəndaşlar evlərini tərk etməsinlər. Bu həm də virusun ikinci dalğası üçün zəmin yaradır”.

V.Kərimli qeyd edib ki, metronun fəaliyyəti məhdudlaşdırılandan sonra Exspres avtobuslarla 944 min sərnişin daşınıb:

“Adi vaxtlarda Bakıda 2000-2040 avtobus avtobus 1700-1750 avtobus fəaliyyət göstərir. Yeni alınmış 300 avtobus da fəaliyyətə başlayıb, bunların arasında 18 metrlik avtobuslar da var. Avtobuslarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər qorunma vasitəsilə təchiz olunub. Daşıyıcılara da məlumatlar göndərilir. Avtobuslarda şəffaf kabinalar yaradılır. Yaxın 3 günə avtobuslar tam təmin olunacaq”.